Ahe
| Ahe adası | |
|---|---|
| fr. Ahe | |
| | |
| Ümumi məlumatlar | |
| Sahəsi | 12 km² |
| Əhalisi | 561 nəfər (2007-ci il) |
| Yerləşməsi | |
| 14°29′ c. e. 146°19′ q. u.HGYO | |
| Ölkə |
|
| Akvatoriya | |
|
|
|
Ahe (fr. Ahe) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Manihi atolundan 15 km qərbdə, Taitidən 450 km şimal-şərqdə yerləşir.
Coğrafiya
Atollun uzunluğu 20 км, eni — 10 km, quru sahəsi isə 12 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 138 km²-dir. Laqun okeanla adanın qərbində yerləşən boğazla birləşir.
İnzibati bölgüsü
İnzibati baxımından Manihi kommunasına daxildir.
Tarixi
Ada 6 sentyabr 1839-cu ildə amerikalı Çarlz Vilks tərəfindən kəşf edilir. O, adanı Pikok (ing. Peacock) adlandırır.
Əhali
2007-ci il məlumatına görə adada 561 nəfər yaşayır. Tenukupara əsas yaşayış məntəqəsidir. Məntəqə adanın cənubunda yerləşir.
İqtisadiyyat
Adada uçuş-eniş zolağı var. Yerli əhalinin əsas məşquliyyəti mirvari toplamaqdır.
Mənbə
- Ada haqqında informasiya (ing.)