Devid Li
| Devid Li | |
|---|---|
| ing. David Morris Lee | |
| | |
| Doğum tarixi | 20 yanvar 1931[1][2][…] (94 yaş) |
| Doğum yeri |
|
| Elm sahəsi | fizika |
| İş yerləri | |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları |
|
| lassp.cornell.edu/lassp_… | |
Devid Li (20 yanvar 1931[1][2][…], Ray[d], Nyu-York ştatı) — amerikalı fizik, 1996-cı ildə fizika üzrə D. Oşerov və R. Riçardson ilə birlikdə "Helium-3-dəki ifrat axıcılığı kəşf etdiyinə görə" Nobel mükafatı laureatı.
ABŞ Milli Elmlər Akademiyasının (1991il)[4] və Amerika İncəsənət və Elmlər Akademiyasının (ABŞ), Rusiya Elmlər Akademiyasının xarici üzvü (2003 il)[5].
Bioqrafiyası
Devid Li Nyu-Yorkun Ray şəhərində 20 yanvar 1931-ci ildə anadan olub. Onun valideynləri İngiltərə və Litvadan olan yəhudi mühacirləri idi. Valideynləri, Annette (Frank) müəllimə və atası elektrik mühəndisi Marvin Li idi.[6]
Devid Li 1952-ci ildə Harvard Universitetində təhsil alıb, bitirib, sonra 22 aylıq ABŞ ordusuna qatılıb. Ordudan ayrıldıqdan sonra Konnektikut Universitetində təhsilini davam etdirərək magistr dərəcəsinialıb. 1955-ci ildə Yel Universitetində müdafiə edərək doktorluq dərəcəsini almışdır. Yel Universitetində Henri A. Fairbankın rəhbərliyi altında aşağı temperaturlu fizika qrupunda maye 3He-nin eksperimental tədqiqatlarını aparmışdı. Yel Universitetindən sonra o, Kornel Universitetinin professoru oldu.
Devid Li evlidir. Onun iki oğlu var.
Nailiyyətləri
1972-ci ildə o, Kornel Universitetinin professoru R. Riçardson və aspirant D. Oşerovla birlikdə 3He helium izotopunun həddindən artıq mayeliyi haqqında məqalə dərc etdirdi. O, həmçinin J. Freed ilə birlikdə spin-polyarlaşdırılmış atom hidrogen qazında nüvə spin dalğalarının aşkarlanması üzərində işləmişdir. 2006-cı ildən etibarən onun elmi qrupu helium daxilolmaları olan bərk cisimləri öyrənir.
1976-cı ildə elmi nailiyyətlərinə görə Britaniya Fizika İnstitutundan Ser Francis Simon adına mükafat almışdır. 1981-ci ildə D. Li D. Oşerov və R. Riçardsonla birlikdə 3He-nin həddindən artıq axıcılığı üzərində işlədiyinə görə Amerika Fizika Cəmiyyətindən Oliver Bakli Mükafatını aldı. 1996-cı ildə fizika üzrə Nobel mükafatına layiq görüldü.
Devid Li hazırda Texas A&M Universitetində fizikadan dərs deyir və orada (keçmiş Kornelldə yerləşən) tədqiqat proqramını davam etdirir.
Mükafatları
- 1970-ci ildə — Bakli Mükafatı
- 1976-cı ildə- Saymon Memorial Mükafatı
- 1981-ci ildə- Oliver Bakli Mükafatı
- 1996-cı ildə- Fizika üzrə Nobel Mükafatı
İstinadlar
- ↑ 1 2 David M. Lee // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 David Morries Lee // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ Ли, Дейвид Моррис на сайте Национальной академии наук США (англ.)
- ↑ Профиль Дэвида Ли на официальном сайте РАН
- ↑ Дэвид Ли на Nobelprize.orgРедактировать это в Wikidata, включая Нобелевскую лекцию от 7 декабря 1996 г. "Необычайные фазы жидкого 3He"