Mistan

Mistan
38°38′46″ şm. e. 48°25′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.831 m
Saat qurşağı
Əhalisi
Əhalisi 186 (2009) nəfər
Xəritəni göstər/gizlə
Mistan xəritədə
Mistan
Mistan

MistanAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Əhalisi

Əhalisi 186 nəfərdir.[2]

Toponimiyası

Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir.[3]

Tarixi

Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərilməlidir]

  • 1. Misçiyon (misçilər).
  • 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
  • 3. Şələyçiyon (Galayçılar).
  • 4. Çöpçiyon (çöpçülər).
  • 5. Zərgəron (zərgərlər-lallar).
  • 6. Nunçiyon (çörəkçilər)

Din

Kənddə "İmam Museyi Kazım" məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)