Pran
| Pran | |
|---|---|
| ing. Pran | |
| | |
| Doğum tarixi | 12 fevral 1920[1] |
| Doğum yeri | |
| Vəfat tarixi | 12 iyul 2013[1] (93 yaşında) |
| Vəfat səbəbi | ağciyər iltihabı |
| Fəaliyyəti | aktyor |
| Fəaliyyət illəri | 1940–2007 |
| Mükafatları | |
| IMDb | ID0695199 |
| pransikand.com | |
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920[1], Lahor – 12 iyul 2013[1]) — hind aktyoru.
Həyatı
Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün irihəcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb.
Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib[2].
Filmoqrafiya
- Ram və Şam (Ram aur Shyam) (film 1967)
- Bobbi (film, 1973)
- Ləngidilmiş intiqam (Zanjeer) (film,1973)
- Əbədi Məhəbbət Nağılı (Dharam Veer) (film 1977)
- Don (film, 1978)
- Üç muşketyor kimi (film, 1984)
İstinadlar
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #13920914X // Pran (alm.). 2012—2016.
- ↑ "Məşhur aktyor 93 yaşında vəfat etdi". AzNews.az (az.). aznews.az. 13.07.2013 10:28. İstifadə tarixi: 2014-08-30.
