Tsabit
| Tsabit | |
|---|---|
| تسابيت | |
| 28°21′03″ şm. e. 0°12′58″ q. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 257 ± 1 m |
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 01130 |
|
| |
Tsabit (ərəb. تسابيت) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir.
Coğrafi mövqe
Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.[2]
Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir.
İqlim
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,5°C, ən isti ayın (iyul) orta temperaturu 36,8°C-dir.[3]
İstinadlar
- ↑ 1 2 Brinkhoff T. Tsabit (Commune, Adrar, Algeria) - Population Statistics, Charts, Map and Location. 2025.
- ↑ "Tsabit, Algeria Page" (ingilis). Fallingrain Global Gazetteer. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- ↑ "Climate: Tsabit" (ingilis). Climate-Data.org. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.