Tequ (kor. 대구 [tɛ̝.ɡu]) — Cənubi Koreyanın dördüncü böyük şəhəri (Seul, Busan və İnçxondan sonra). Rəsmi olaraq, Tequ şəhər-metropolis (kor. 대구 광역시 Daegu-gwangyeoksi) adlanır və 2016-cı ilə qədər Könsan-Pukto əyalətinin paytaxtı idi.